Qiymətli kağızlar bazarı üzrə elektron xidmətlərdən istifadə sahəsində məlumatlandırma tədbirləri keçiriləcək
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkilli sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar elektron xidmətlərdən istifadə sahəsində ictimaiyyət arasında məlumatlandırma tədbirlərinin həyata keçirilməsinə başlayacaq.
Bununla bağlı komitədə keçirilən kollegiya iclasında müvafiq tapşırıqlar da verilib. QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, iclasda QKDK-nın sədri Rüfət Aslanlı hesabat dövründə ölkənin qiymətli kağızlar bazarında pozitiv dinamikanın müşahidə edildiyini qeyd edərək, 2013-cü ilin ilk yarımilliyində korporativ qiymətli kağızlar bazarında ticarətin həcminin 2.7 dəfə artdığını və bu artımın əsas etibarilə səhm və korporativ istiqraz alətlərinin buraxılışı vasitəsilə dəstəkləndiyini vurğulayıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL