Seçkidə İKT-nin imkanlarından istifadə olunur
«Azərbaycanda həyata keçirilən seçki prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur. İKT-nin geniş imkanlarının tətbiqi bundan sonra da davam etdiriləcək. Bu gün artıq Azərbaycan seçicisi Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsi vasitəsilə seçki barədə lazımi məlumatları əldə edə bilər».
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri MSK sədri Məzahir Pənahov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqlə keçirdiyi görüşdə söyləyib. M.Pənahov qeyd edib ki, seçicilərin öz adlarını seçici siyahılarında yoxlaması prosesi də son dərəcə asanlaşdırılıb. Belə ki, hər bir seçici internet vasitəsilə sözügedən dəqiqləşdirməni apara bilər.
Mərkəzi Seçki Komissiyasının sədri ölkə üzrə seçicilərin vahid siyahısının dəqiqləşdirilməsindən, seçki subyektləri üçün planlaşdırılan genişmiqyaslı maarifləndirmə proqramlarından söz açıb və həmçinin bildirib ki, bu tədbirlərin böyük hissəsinin beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur. MSK sədri həyata keçirilmiş və reallaşdırılması planlaşdırılan digər layihələr barədə də məlumat verib.
Görülmüş işləri və nəzərdə tutulan layihələri təqdir edən səfir, internet resurslarından belə geniş istifadənin faydalı olduğunu və veb-kameraların tətbiqinin şəffaflığın artırılmasında əhəmiyyətli rol oynadığını bildirib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL