waplog

Gələcəkdə “Azərpoçt” MMC-də Kart Prossesinq Mərkəzi yaradılacaq


Qarşıdakı illərdə “Azərpoçt” MMC-də Kart Prossesinq Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə işlər 2014-2015-ci illər ərzində icra olunacaq. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərindən biri də belə bir mərkəzin yaradılmasını təmin etməkdir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təsdiq etdiyi Tədbirlər Planına əsasən, artıq “Azərpoçt” MMC-yə müvafiq tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC 2011-ci ildə 30 000-ə, 2012-ci ildə isə 70 000-ə yaxın plastik kartı dövriyyəyə buraxmağı planlaşdırır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL