waplog

Bazardakı hər ikinci smartfon əl hərəkətlərini anlayacaq



"ABI Research" analitik şirkətinin ekspertləri 2013-cü ildə aparıcı istehsalçıların diqqətini yönəldəcək smartfonların funksional xüsusiyyətlərinin siyahısını dərc ediblər. Siyahıda akselerometr, vizual əl hərəkətlərinin tanınması, giroskop və "NFC" texnologiyası yer alıb.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə bazara çıxarılan smartfonların təxminən 12 faizi vizual əl hərəkətlərini başa düşəcək. Lakin "Apple" şirkətinin bu texnologiyadan yeni nəsil "iPhone" modelində istifadə edəcəyi hələ ki məlum deyil.

Əvvəllər ilk növbədə mobil ödənişlər üçün alət hesab edilən "NFC" texnologiyasına gəlincə, hazırda müqavilə əsasında istehsalla məşğul olan şirkətlər (OEM-istehsalçılar) texnologiyanın fotoşəkil, smartfon sahibinin hansı yerdə olması barədə məlumatın və digər informasiyaların mübadiləsi kimi başqa sahələrdə də tətbiqinin mümkünlüyünü müəyyən ediblər. "ABI Research" analitiklərinin fikrincə, burada reklam verənlər üçün geniş imkanlar açılır.  

Analitiklər proqnozlaşdırırlar ki, yaxın 3 il ərzində bazara tədarük edilən hər ikinci smartfon "NFC"-ni dəstəkləyəcək və əl hərəkətlərini başa düşəcək, giroskop və akselerometr isə əksər rabitə vasitələri üçün normaya çevriləcək,- "DailyComm www.dailycomm.ru" yazır.    




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL