“Azərpoçt”un Qlobal Monitorinq Sisteminə qoşulması prosesi başa çatmaq üzrədir
"Azərpoçt" MMC-nin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi, demək olar ki, tam başa çatdırılıb. GMS avadanlığı müəssisənin Poçt Daşıma Mərkəzində quraşdırılıb və son sınaq işləri ilə əlaqədar ÜPİ-nin aidiyyəti qurumları ilə yazışmalar davam etdirilir.
Beynəlxalq bağlamaların axtarışına dair İnternet sorğu sistemi çərçivəsində ("Cricket") birinci yarımillikdə 1272 ədəd sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib. MMC bu sistem vasitəsilə hal-hazırda dünyanın 155 ölkəsi ilə əməkdaşlıq edir.
Bundan başqa, yarımillik ərzində 250 ədəd xüsusi nəzarət kartlarından və sadə məktublardan istifadə edilərək ölkədaxili məktub korrespondensiyasının nəzarət-keçid müddətləri müəyyənləşdirilib.
"Azərpoçt" MMC eyni zamanda yarımillik ərzində beynəlxalq bağlamaların EDİ mesajlarının işlənməsi, çatdırılması və "Cricket" müştəri xidmətləri üzrə ÜPİ tərəfindən təyin olunmuş bonuslara yiyələnmək üçün mövcud normativlərə də riayət edilib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL