waplog

“Lumia 1020” smartfonu satışa çıxarılıb



 
41 meqapiksellik kamera ilə təchiz edilmiş "Lumia 1020" modelinin satışlarına başlanılıb. Hələ ki qurğu yalnız ABŞ-da əlçatandır. "AT&T" salonlarında sözügedən qurğunu 660 dollara satın almaq olar. Operatorla iki il müddətinə müqavilə bağlandığı halda aparatın qiyməti 300 dollara başa gələcək.

Xatırladaq ki, "Nokia Lumia 1020" smartfonu 1280x768 nöqtə təsvir ölçülü 4,5 düymlük  "AMOLED" ekran, "Gorilla Glass 3" qoruyucu şüşə, 1.5 QHs takt tezlikli "Qualcomm Snapdragon S4" prosessoru, 2 QB əməli yaddaş və 32 QB daxili yaddaş, 1,2 meqapiksellik (MP) genişbucaqlı kamera və tərəflər nisbəti 4:3 və 16:9 olan 38 MP-lik fotoşəkil çəkməyə imkan verən 41 MP-lik modulla təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, kamerofonun ölçüləri 130×71×10,4 millimetr, çəkisi 158 qram təşkil edir. Akkumulyator batareyasının həcmi 2000 milliamper/saat təşkil edir. İstehsalçılar əmin edir ki, bu, "3G" şəbəkələrində 13.3 saat danışığa, 6.8 saat videobaxışa, 63 saat musiqiyə qulaq asmağa və ya gözləmə rejimində 16 günə kifayətdir.

"Nokia Lumia 1020" aparatı Avropada avqust ayında satışa çıxarılacaq.



Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL