waplog

Yeni televiziya əlavəsinə tələbat gözləntiləri ötüb



“Google” şirkəti “Chromecast” yığcam televiziya əlavəsinə tələbatı düzgün qiymətləndirməyib. Belə ki, sözügedən qurğu alıcıların diqqətini cəlb edib.

Xatırladaq ki, fləş-kart ölçüsündə olan “Chromecast” televiziya əlavəsi iyulun 24-də elan edilib.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qurğu müxtəlif qurğulardan (smartfon, “iOS” və ya “Android” platforması ilə işləyən planşet və ya noutbuk) video, musiqi, fotoşəkil və başqa məzmunu böyük ekranda yayımlamağa imkan verir. Aparat televiziyaya “HDMI” interfeysi vasitəsilə qoşulur.

Bundan başqa, “Chromecast” televiziya əlavəsi kompüterinin köməkliyi ilə televizorda yalnız “Google Play” onlayn mağazasındakı filmləri deyil, həm də sərt diskdə saxlanılan filmləri (AVI, MPEG, MP4) göstərə bilər. Bunun üçün fərdi kompüterə müvafiq genişlənməyə malik “Chrome” brauzeri qurulmalı, simsiz şəbəkə isə lazımi sürəti təmin etməlidir.

Sözügedən cihazın qiyməti 35 dollardır. Onu hələ ki yalnız ABŞ-da satın almaq olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL