Amerikalı məktəblilərə “iPad” planşeti “hədiyyə” ediləcək
"Apple" şirkəti gələn ilin sonunadək Los-Anceles şəhərindəki amerikalı məktəblilərə ümumilikdə təxminən 640 min ədəd "iPad" planşeti hədiyyə etməyi planlaşdırır. Bu halda planşetlərə öncədən müxtəlif maarifləndirici tətbiqlər quraşdırılacaq. Lakin sözügedən halda "alma" şirkətinin "xeyriyyəçilik" tədbirindən danışmaq əbəsdir, çünki "Apple" şirkəti ilə Los-Ancelesin orta təhsil idarəsi arasında bağlanmış sazişin şərtlərinə əsasən, Amerika şirkəti yüz milyonlarla dollar əldə edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "məktəbli" planşetlərinin tədarükünə artıq bu payız başlanacaq. 31 min qurğudan ibarət olacaq birinci partiya Los-Anceles şəhərinin 47 məktəbinə paylanacaq və "Apple" şirkətinə 30 milyon dollar ödəniləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL