waplog

Yaxın zamanda Qazaxıstanla elektron pulköçürmələri həyata keçiriləcək



 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" MMC-nin Qazaxıstan Poçtu ilə birgə həyata keçirdiyi Təcili Elektron Pulköçürmələri sistemi üzrə  sınaq testi müvəffəqiyyətlə başa çatıb. Yaxın zamanlarda sistem işə düşəcək.

Bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi artıq Özbəkistan Poçtu ilə də testlərə başlanılıb.
Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.

Bu gün "Azərpoçt" tərəfindən pulköçürmələri üzrə əməliyyatlar  sürətli və bank pulköçürmələri sistemi vasitəsilə icra edilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL