waplog

Azərbaycan rəsmi statistikanın innovativ aspektlərinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunacaq



Azərbaycan Dövlət Statistika Komitəsi 2014-cü ilin 3-5 iyun tarixlərində Vyana şəhərində Avstriya Statistikası ilə Avrostat tərəfindən "Rəsmi statistikada keyfiyyət" mövzusu üzrə Avropa Konfransında (Q2014) təmsil olunacaq.

Dövlət Statistika Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, konfransda statistik məlumatların keyfiyyət məsələləri, statistika sisteminin idarə olunmasında problemlər və statistik istehsalın innovativ aspektləri kimi mövzulara toxunulacaq.

Avropa Statistika Sisteminin (ASS) idarə olunması ilə əlaqədar ASS çərçivəsində ekspert qiymətləndirməsinin ikinci mərhələsinin təşkili, uyğun göstəricilərin keyfiyyət aspektləri, həmçinin keyfiyyətə təminat məsələləri də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Statistika Komitəsi bu il ərzində İKT üzrə statistikanın bey­nəl­xalq təcrübəyə uyğun tək­mil­ləş­di­ril­məsini nəzərdə tutub.

Bu tədbirlər ölkə prezidenti tərəfindən təsdiqlənmiş 2013-2017-ci illərdə Statistik məlumatların inkişaf etdirilməsi üzrə Dövlət proqramı çərçivəsində həyata keçiriləcək və Azərbaycanda "elektron hökumət"in inkişafı ilə bağlı statistik məlumatlara diqqət yetiriləcək.

Komitənin mütəxəssislərinin sözlərinə əsasən, bu xidmət sahəsi yeni olduğundan onunla bağlı statistik  məlumat bazası hələ formalaşdırılmayıb və il ərzində  bu istiqamətdə beynəlxalq standartlara uyğun tədbirlərin görülməsi planlaşdırılır.

İKT sahəsi üzrə statistik məlumatların beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsi məsələsi  "İKT ili" çərçivəsində həyata keçirilməsi planlaşdırılan Tədbirlər Planında nəzərdə tutulub.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL