“Apple” şirkətinin texnologiyalar üzrə vitse-prezidenti Bob Mansfild vəzifəsini tərk edib
"Apple" şirkətinin texnologiyalar üzrə baş vitse-prezidenti Bob Mansfild şirkətin İdarə Heyətindən çıxarılıb.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkətinin Mətbuat xidməti bununla bağlı rəsmi press-reliz yaymayıb, lakin "iPhone" istehsalçısı, rəsmi saytında İdarə Heyətinin tərkibinə həsr edilmiş səhifəsini yeniləyib.
Bob Mansfild "Apple" şirkətində məşhur "MacBook Air" noutbuklarının tərtibatı ilə məşğul idi. Mansfild "Apple" şirkətini tərk edəcəyini ötən il elan edib, lakin səbəbi haqda məlumat verməyib.
Mansfild "Apple" şirkətinin rəhbəri Tim Kukun bacarıqlı mütəxəssislərindən biridir və şirkəti tam olaraq tərk etmir. Belə ki, o, şirkətin menecerlərinə müxtəlif "xüsusi layihələr" üzrə konsultasiyalar verməyə davam edəcək. Maraqlısı odur ki, ötən həftə Kuk "xüsusi layihələr" üzərində işləməyə, öncə "Yves Saint Laurent" şirkətində işləyən Pol Denevi dəvət edib.
Yazılanlardan belə nəticə çıxarmaq olar ki, şirkət yeni layihə üzərində işləyir və bunun, hələ ki, məxfi qalmasını istəyir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL