waplog

“BakuTel-2013” beynəlxalq sərgi-konfransına hazırlıq işləri intensivləşdirilib



Xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi və birgə onlayn forumun keçirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Qeyri-Dövlət Qurumları ilə İş Şöbəsi tərəfindən dünya Azərbaycanlılarının 1-ci virtual konfransının "BakuTel-2013" beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilməsi üzrə işlər aparılır.
 
Artıq sərgiyə hazırlıq işləri bir qədər də intensivləşdirilib. "BakuTel-2013"-ün keçiriləcəyi "Baku Ekspo Mərkəzi"ndə bütün zallar, o cümlədən birinci zal 4 min kv.metr, ikinci zal 5 min kv.metr, üçüncü zal 3 min kv.metr, 5 min kv.metr olan foye hissəsi üzrə sərgiyə yararlı 3 min kv. metr, koridor 2 min kv. metr olmaqla, ümumilikdə 19 min kv. metr ərazi sərgi üçün istifadə ediləcək.
 
Hazırda "İteca Caspian" şirkəti ilə aparılan intensiv işlər nəticəsində birinci zal tamamilə iştirakçı şirkətlər tərəfindən müqavilə əsasında götürülüb. İkinci zalın isə artıq 50 faizi doldurulub. Üçüncü zal, eyni zamanda digər sahələrin də doldurulması istiqamətində işlər davam edir. Nəticə etibarı ilə bütün zallar sərgi iştirakçıları tərəfindən tutularsa, bu, əvvəlki illərə nisbətən ərazinin 50 faiz artımı deməkdir.
 

 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL