Dişə implantasiya edilmiş sensor həkimə sizin hərəkətləriniz barədə dəqiq məlumatlar ötürəcək
Həkim xəstədən gündə neçə dəfə siqaret çəkdiyi, qidalandığı və sairə barədə soruşa bilər. Çox güman ki, xəstə həkimə dəqiq informasiya verə bilməyəcək və nəticədə həkim səhv müalicə kursu yazacaq.
Ancaq insanın dişinə implantasiya edilmiş xüsusi sensor bütün lazımi məlumatları dəqiq qeydə alır və daha sonra onları "Wi-Fi" vasitəsilə serverə ötürür.
"ICTnews.az" elektron xəbər xidməti "computerra.ru" saytına istinadən bildirir ki, sözügedən sensor insanın nə vaxt qidalandığı, danışdığı, öskürdüyü, siqaret çəkdiyi, içki içdiyi və nəfəs aldığını 94% dəqiqliklə müəyyənləşdirir. Hazırda əlçatan olan prototip xarici batareya vasitəsilə enerji ilə doldurulur, lakin mütəxəssislər onu daxili akkumulyatorla təchiz etməyi planlaşdırırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL