ABŞ-Azərbaycan Ticarət Palatasının İKT üzrə ticarət missiyasının Bakıya səfəri gözlənilir
Cari ilin dekabrında ABŞ- Azərbaycan Ticarət Palatasının (USACC) İKT üzrə ticarət missiyasının ölkəmizə səfəri gözlənilir.
"ICTnews" xəbər xidmətinin "USACC"-ın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, səfər dekabrın 2-5 tarixlərinə nəzərdə tutulub.
Səfər çərçivəsində informasiya, kosmik texnologiyaları, kibertəhlükəsizlik, o cümlədən İKT sahəsi üzrə ixtisaslaşan ABŞ-ın aparıcı şirkətləri yerli mütəxəssislərlə görüşəcəklər.
Bundan başqa, yüksəksəviyyəli hökumət rəsmiləri və sənaye nümayəndələri ilə brifinq-görüşlərin də keçirilməsi nəzərdə tutulur.
Qurumun yaydığı məlumatda vurğulanır ki, bu səfər ABŞ şirkətlərinə sürətlə inkişaf edən İKT sektorunu araşdırmaq və bilavasitə Azərbaycan bazarı ilə tanış olmaq üçün ideal imkandır.
"Azərbaycan və Xəzər regionunda biznes imkanları tədqiq edən mütəxəssislər yüksəksəviyyəli hökumət tənzimləyiciləri, potensial tərəfdaşlar və distribüterlərlə danışıqlar aparmaq imkanı əldə edəcəklər.
Eyni zamanda, Bakıda keçiriləcək "BakuTel 2013" 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində ABŞ-Azərbaycan biznes-forumu təşkil ediləcək. Missiya həmçinin sərgidə "USACC" stendində öz şirkət və məhsullarını reklam etmək imkanı əldə edəcək. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı İKT şirkətlərinin 15-dən yuxarı yüksəksəviyyəli nümayəndələri daxil olacaq"- deyə məlumatda qeyd edilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL