Əczaçılıq fəaliyyəti elektronlaşdırıldı
Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər lisenziya almaq üçün "Elektron hökumət" portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, artıq Səhiyyə Nazirliyinin "Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciət" xidməti portala inteqrasiya edilib.
Xidmətin göstərilməsi üçün ərizə forması "e-gov.az" internet ünvanında doldurulur, tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada əlavə edilərək göndərilir.
Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Ümumi şöbəsi və Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL