waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində yeni araşdırmaya start verilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində yeni bir araşdırmaya start verilib. Bu barədə "ICTnews" xəbər xidmətinə mərkəzin Elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.

O bildirib ki, hazırda Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin alimləri bioloji tədqiqatlarda karbon nanoborucuqların tətbiqi üzrə araşdırma aparır. R.Cabbarov qeyd edib ki, burada məqsəd karbon nanoborucuqlarının məməlilərin (gələcəkdə, insanın) orqanizmində uzunmüddətli qalmasının potensial zərəri və mümkün olan toksiki effektlərini təyin etməkdir. Onun sözlərinə görə, tədqiqat üçün iki qrupa (kontrol, n=10 və eksperimental n=12) bölünmüş 18-25 qram çəkisində siçanlar götürülüb:

"Eksperimental siçanlara 3-4 milliqram miqdarında olan fizioloji məhlulda karbon nanoborucuqları qarın boşluğuna yeridilib. Bir ay müddətində eksperimental siçanların davranışında və fizioloji statusunda heç bir dəyişiklik aşkar olunmayıb. Sonralar bütün siçanlar yarılmış, onların qara ciyərində sitoxrom P-450 və yeni serotonin-modullu antikonsolidasiya zülalın (SMAZ) dolayı immun-enzim analiz metodu ilə tədqiq olunacaq. Bu maddələr heyvanların orqanizminə toksiki təsirlərin həssas biomarkeri sayılır".

SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL