Asiya İnkişaf Bankı ilə nağdsız ödənişlər məsələsi müzakirə olunub
Asiya İnkişaf Bankının (AİB) Regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri, xanım Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayevlə görüş keçirilib. Görüşdə ölkəmizlə AİB arasında “Ölkə tərəfdaşlığı strategiyası” layihəsi, o cümlədən bank sektorunda nağdsız ödənişlər, mikromaliyyələşdirmə və qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
AİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Öz növbəsində Mərkəzi Bankın sədr müavini X.Abdullayev “Ölkə tərəfdaşlığı strategiyası” layihəsinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələləri dəstəklədiyini bildirib.
Görüşdə həmçinin Mərkəzi Bank ilə AİB arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL