“SSD” bazarında sürətli artım qeydə alınıb
Ekspertlər sərtgövdəli yığıcılar bazarında böyük irəliləyiş qeydə alıblar, onların tədarük həcmi ultrabuklarda SSD disklərdən istifadənin artması nəticəsində nəzərəçarpacaq dərəcədə artıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS” informasiya-analitik agentliyinin məlumatına əsasən, 2013-cü ilin birinci rübündə ultrabuk və onlara oxşar modellər üçün nəzərdə tutulmuş SSD disklərin tədarük həcmi 5,9 milyona çatıb. Bu, 2012-ci ilin birinci rübü ilə müqayisədə üç dəfə çoxdur. Bundan başqa, planşet kompüter istehsalçıları sərtgövdəli yığıcılara getdikcə daha çox maraq göstərirlər.
Ümumilikdə bu ilin yanvar-mart ayları ərzində 11,5 milyon “SSD” disk tədarük edilib. Ötən il tədarüklərin ümumi həcmi 6 milyon olub ki, bu da 92% artım deməkdir.
“HIS” analitikləri, həmçinin sərtgövdəli yığıcılar bazarı üzrə yaxın gələcəklə bağlı proqnozları bölüşüblər. 2013-cü ildə SSD tədarüklərinin həcminin 64,6 milyon olacağı gözlənilir ki, bu da ötənilki göstəricidən 87% çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL