waplog

İnformasiya cəmiyyəti ilə bağlı bütün maraqlı faktlar ilk dəfə Azərbaycan dilində hazırlanıb


Müasir dünyada sürətlə formalaşan informasiya cəmiyyəti və onun mərhələləri ilə bağlı bütün məlumatları artıq bir mənbədən əldə etmək mümkündür. Bu sahədə Azərbaycan dilində ilk mənbə sayılan və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Şurasının qərarı ilə nəşr olunmuş "İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar" kitabında informasiya texnologiyalarının meydana gəlməsi, təkamül tarixi, informasiya cəmiyyəti (İC) ideologiyasının yaranması haqqında maraqlı faktlar təqdim olunub.

Kitabda İKT-nin inkişafında mühüm əhəmiyyət kəsb edən ixtiralar, kəşflər, görkəmli alim və mütəxəssislər, aparıcı şirkətlər, onların yaranma tarixi və fəaliyyəti haqqında məlumatlar ilk dəfə Azərbaycan dilində xronoloji ardıcıllıqla verilib. İTİ-dən qeyd edilib ki, informasiya cəmiyyətinin (İC) elmi-nəzəri əsaslarının formalaşmasında xüsusi xidmətləri olmuş görkəmli şəxslər, İKT-nin inkişaf tarixi haqqında məlumatların əksini tapdığı kitab İC ideyalarının vüsət alması və təbliği baxımından vətəndaşların maarifləndirilməsi məqsədi daşıyır.

Eyni zamanda "İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar" kitabı ensiklopedik xarakterlidir və İKT-nin inkişafı, İC-nin formalaşması mövzuları üzrə təşkil olunan viktorinalarda, intellektual yarışlarda dəyərli vəsait kimi də istifadə oluna bilər.

Qeyd edək ki, yeni işıq üzü görən kitabın müəllifləri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev və AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Pərvanə Salmanovadır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL