waplog

HDD-toplayıcıların tədarük həcmi 7 faiz azalıb



Sərt disk istehsalçıları fərdi kompüterlərin istehlak bazarında azalma ilə əlaqədar çətinliklərlə üzləşməkdə davam edirlər, - “IHS” şirkətinin analitikləri belə düşünür. Onların hesablamalarına əsasən, 2013-cü ilin ilk rübündə ümumilikdə 135,7 milyon sərt disk tədarük edilib ki, bu da tədarük həcminin 145,5 milyon ədədə bərabər olduğu bir il əvvəlki göstəricidən 7 faiz aşağıdır.

Ekspertlər qeyd edirlər ki, tənəzzül masaüstü kompüter və noutbuklarda istifadə üçün nəzərdə tutulan HDD-toplayıcıların tədarükünün azalması ilə əlaqədar olub. Belə ki, cari ilin birinci rübündə HDD-toplayıcıların tədarükü 93,3 milyon ədədədək azalıb, halbuki bir il əvvəl bu göstərici 105,3 milyon ədədə bərabər olub.
Bununla yanaşı, azalma sərt disklərin tədarükünün 16 milyon ədəd təşkil etdiyi korporativ seqmentdə irəliləyişi bir qədər zəiflədib. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin həmin dövründə göstərici 14,9 milyon ədədə bərabər olub.  

Mütəxəssislər gələcəkdə korporativ istifadəçilər tərəfindən sərt disklərə tələbatın artacağını proqnozlaşdırırlar. Çünki HDD-disklər hələ də bərk cisimli SSD-toplayıcılardan xeyli ucuzdur, - “DailyComm.www.dailycomm.ru” yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL