“Microsoft” korporasiyası “SkyDrive” fayl saxlancının adını dəyişdirəcək
"Microsoft" korporasiyası Britaniyanın "British Sky Broadcasting Group" televiziya şirkəti ilə mübahisəni yoluna qoymaq üçün ona məxsus "SkyDrive" fayl saxlancının adını dəyişdirməyə razılaşıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, iki şirkət arasında bağlanmış sazişə əsasən, "Microsoft" korporasiyasına yeni brendə keçid üçün vaxt verilib və Amerika şirkəti bu müddət ərzində "SkyDrive" adından istifadə edə bilər.
Stiv Balmerin şirkəti, həmçinin iyun ayında Britaniya məhkəməsi tərəfindən çıxarılmış qərarla bağlı Apelyasiya Məhkəməsinə şikayət verməyəcəyinə dair söz verib. O zaman məhkəmə "Microsoft" şirkətini "BSkyB"-in hüquqlarını pozmaqda təqsirləndirib.
"Microsoft" və "BSkyB" şirkətləri sazişin başqa, həmçinin maliyyə şərtlərini açıqlamayıblar. "SkyDrive"-in yerinə hansı ad Stiv Balmera şirkəti öz xidmətinə verəcək, hələlik məlum deyil.
"BSkyB" Böyük Britaniyanın ən böyük peyk televiziyası operatorudur.
"SkyDrive" xidməti 2007-ci ildən fəaliyyət göstərir; o, istifadəçilərə fayllarını "bulud" xidmətində saxlamaq imkanını təklif edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL