waplog

“AMD” operativ yaddaş üçün modullar istehsal edir


Dünyanın ikinci ən iri mikroprosessor istehsalçısı “Advanced Micro Devices” (AMD) korporasiyası stolüstü kompyuterlər üçün “RAM” yaddaş çipləri bazarına daxil olur. Şirkətin “Systems Memory” adlı yeni biznes strukturu bazarda yeni “DDR3” yaddaş modulları təqdim edəcək. Yeni məhsulların videoqrafik həllər üçün tətbiq edilən və artıq bazarda tanınan “Radeon” brendi altında satılacağı planlaşdırılır.
“AMD”-nin saytında yerləşdirilmiş məlumatda qeyd olunur ki, “Radeon DDR3” həm şirkətin prosessorları, həm yeni nəsil “APU” çipləri ilə istifadə oluna bilər. Sözügedən bazardakı kəskin rəqabəti nəzərə alaraq şirkət bildirir ki, yeni modulların komponentləri ən yüksək sənaye standartları üzrə sınaqdan keçiriləcək və “AMD” platformaları ilə istifadə olunacağı halda “təminatlı məhsuldarlıq və davamlılıq” təqdim ediləcək.
Yaxın gələcəkdə yaddaş modullarının üç müxtəlif model xəttinin istifadəyə veriləcəyi nəzərdə tutulur. Bunlar, “Entertainment”, “Ultra pro gaming” və “Enterprise” versiyalarıdır. Bütün 2 qiqabaytlıq “DDR” modullarında sahə üzrə qəbul edilmiş 1,5 volt tətbiq ediləcək. Bununla yanaşı, onların sürətlərinin fərqlənəcəyi bildirilir. Belə ki, əgər birinci qrup 1333 MHz tezliyində işləyirsə, son iki qrupda isə bu göstərici 1600 MHz təşkil edir.


cybersecurity.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL