waplog

“Kosmik fəaliyyət haqqında” qanun layihəsi bir çox məsələləri tənzimləyəcək


"Kosmik fəaliyyət haqqında" qanun layihəsinin hazırlanması istiqamətində aparılan işlər davam etdirilib və genişləndirilib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Azərkosmos" ASC-dən məlumat verilib. ASC-dən bildirilib ki, "Kosmik fəaliyyət haqqında" qanun Azərbaycan Respublikasında kosmik sənayenin inkişaf etdirilməsi, peyk texnologiyaları vasitəsilə göstərilən xidmətlərin tətbiq sahəsinin genişləndirilməsi, iqtisadi və elmi-texniki potensialın, sosial rifahın artırılması məqsədi ilə müxtəlif peyk şəbəkələrinin yaradılması, istismar və idarə edilməsi məsələlərini özündə əks etdirəcək.

Eyni zamanda, digər kosmik fəaliyyətin həyata keçirilməsini və belə fəaliyyət sahəsində dövlət siyasətini, tənzimlənməsini və nəzarətin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, kosmik fəaliyyət sahəsində yaranan münasibətləri tənzimləyir.

SEYMUR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL