waplog

“iPhone”, “Android” və “BlackBerry” sahiblərinin tipik vərdişləri



"iPhone" smartfonunun sahibləri daha çox özündənrazıdırlar, geyim və xarici görünüşə daha çox pul xərcləyirlər. "BlackBerry" aparatının sahibləri daha çox pul qazanırlar və uzunmüddətli münasibətlərə daha meyillidirlər, "Android" smartfonundan istifadə edən insanlar orta hesabla daha yaxşı davranış tərzinə malikdirlər. Üç aparıcı brendin 2000 istifadəçisinin gündəlik vərdişlərini araşdırmış "TalkTalk Mobile" şirkətinin tədqiqatçıları belə nəticəyə gəliblər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, müşahidələrə əsasən, "iPhone" smartfonuna malik insanlar öz imiclərinə xüsusi önəm verirlər və özlərini başqa aparat sahibləri ilə müqayisədə daha cazibədar hesab edirlər. Onlar daha çox səyahət edir və sosial mediada əlaqə saxlayırlar.
"BlackBerry" sahibləri daha işgüzardırlar: daha çox mesaj və elektron məktub göndərir, daha çox zəng edirlər. Onlar, həmçinin ildə orta hesabla 4000 dollar qazanırlar. Həmçinin başqa insanlarla sabit münasibətlər qura bilirlər və çoxlu dostları var.

"Android" sahibləri başqa aparat sahibləri ilə müqayisədə daha çox televizor izləyir və spirtli içki içirlər. "BlackBerry" sahibləri daha çox çay və kofe içirlər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL