waplog

Mərkəzi Bankda Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi yaradıldı


Mərkəzi Bankda Elektron Statistika və Analitik Hesabatlılıq Sisteminin (ESAHS) yaradılması layihəsi uğurla başa çatdırılıb. Bu layihənin tamamlanması Mərkəzi Bankın informasiya bazasının tam elektronlaşması istiqamətində həlledici əhəmiyyətə malikdir.

Bankdan bildirilib ki, ESAHS eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illərdə Statistikanın İnkişafına dair Dövlət Proqramı"nın müvafiq tələbindən irəli gələn və avtomatlaşma sahəsində tamamlanmış mühüm layihələrdən biridir. Sistem qabaqcıl beynəlxalq standartlara uyğun işlənmiş və ən son texnoloji tələblərə cavab verir. ESAHS AMB-də bütün statistik məlumatların vahid elektron platformada toplanmasına, avtomatik rejimdə və keyfiyyətli emal olunmasına, informasiyanın çevik yayımlanmasına imkan verir.


ESAHS həm də geniş analitik və riyazi-statistik emal imkanlarına malikdir. Sistem informasiyanın interaktiv təsvirini, onun avtomatik rejimdə müxtəlif formatlara keçirilməsini, hər bir icmal göstəricinin ilkin mənbəyinə qədər saniyələr ərzində detallaşmasını təmin edir. ESAHS-ın geniş funksional imkanları həm də Mərkəzi Bankın məlumat bazası ilə digər dövlət qurumlarının məlumat bazaları arasında çevik informasiya mübadiləsinə də şərait yaradır.


O, istifadəçilər üçün rahatlığı və əhəmiyyətli vaxt qənaətini təmin edir.
ESAHS-ın mükəmməl texnoloji platformasından istifadə edərək növbəti mərhələdə Mərkəzi Bankın informasiya bazasının daha da zənginləşdirilməsi, onun çoxsaylı kənar informasiya mənbələri ilə qarşılıqlı inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL