waplog

Yeni cihaz heyvanları düşüncənin gücü ilə idarə etməyə imkan verəcək


Harvard Universitetinin əməkdaşlarının hazırladıqları unikal cihaz düşüncənin gücü ilə heyvanların davranışını idarə etməyə imkan verəcək.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, laboratoriya şəraitində yeni qurğu siçovul üzərində sınaqdan keçirilib. İnsan başına xüsusi "dəbilqə" geyinir, gəmiriciyə isə xüsusi beyin interfeysi implantasiya edilir. Bundan sonra insan monitorda bəzi təsvirləri izləyərək siçovula beyin impulsu göndərir və sonuncunun beynində davranış üçün cavabdeh olan müəyyən neyronlar canlanır.

Düşüncənin gücü ilə heyvanların idarə edilməsi texnologiyası hələ ki ilkin inkişaf mərhələsindədir. Sözügedən texnologiya öz yüksək effektivliyini sübut edib: siqnalın emalına 1.5 saniyə vaxt sərf olunur, dəqiqlik isə 94% təşkil edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL