Yeni “USB” standartı təsdiq olunub
"USB 3.0 Promoter Group" təşkilatı "USB 3.1" standartının spesifikasiyası təsdiqlənib. Sözügedən standartda verilənlərin "USB" interfeysi vasitəsilə maksimal ötürülmə sürəti 10 Qbit/san olub. Bu o deməkdir ki, "Intel", "AMD" və başqa şirkətlər "USB 3.0" standartından 2 dəfə sürətli işləyəcək yeni mikrosxem yığımı üzərində işə start verə bilərlər.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, yeni "USB" standartı "3.0/2.0" standartları ilə uyğun olacaq. Bununla belə, köhnə konnektor və kabellərdə maksimal sürət 5 Qbit/s olacaq.
"USB 3.1" qurğularına həsr edilmiş istehsalçılar üçün "Promoter Group" konfransı avqustun 31-də keçiriləcək.
Göründüyü kimi, təşkilat heç də tələsmir, o əmindir ki, "USB 3.1" interfeysi bu ilin iyununda "Intel" korporasiyası tərəfindən elan edilmiş "Thunderbolt 2" ilə daha geniş tətbiq olunacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL