waplog

Rayonlarda İnformatika, Texnologiya fənn müəllimləri üçün təlimlər keçiriləcək



 Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında “İnformatika”, “Texnologiya” fənn müəllimləri üçün təlimləri Qafqaz Universiteti (QU) keçirəcək.

Belə ki, universitet 2013-2014-cü dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimləri həyata keçirmək üçün BİA-nın layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən elan edilən tenderlərdən Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında Ana dili, Coğrafiya, Xarici dil, İnformatika, Texnologiya, Təsviri incəsənət və Musiqi fənləri üzrə qalib elan edilib.

Bununla da ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə bağlı prosesə Qafqaz Universiteti də qoşulmuş oldu. Universitet təlimləri bu sahə ilə bağlı zəngin təcrübəsi olan “İnkişaf”  Elmi Mərkəzi ilə birlikdə təşkil edəcək. “İnkişaf”  Elmi Mərkəzi 2000-ci ildən başlayaraq müxtəlif beynəlxalq təşkilatlarla birlikdə təhsil islahatını həyata keçirən kadr hazırlığı ilə bağlı fəaliyyət göstərir, ölkədə təlimçilər üçün kursların keçirilməsində, proqram və təlim vəsaitlərinin hazırlanmasında aparıcı rol oynayır.

Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin sözlərinə görə, bu əməkdaşlıq təlimlərin daha keyfiyyətli bir şəkildə həyata keçirilməsini təmin edəcək: “Əsas məqsədi elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu, yüksəksəviyyəli mütəxəssislər yetişdirmək olan Qafqaz Universiteti Azərbaycanın elm, texnologiya, təhsil, sosial və ictimai sahələr üzrə tərəqqisinə xidmət etməkdədir”.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL