waplog

Rasim Əliquliyev: Azərbaycanın elmi fəaliyyətlə bağlı dövlət siyasətində informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutur



 
"Bu gün informasiya texnologiyaları Azərbaycanın, bütövlükdə, dünya elminin prioritet istiqamətlərindən biridir. Azərbaycanın elmi fəaliyyətlə bağlı dövlət siyasətində informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutur. O cümlədən bununla bağlı kadrlar hazırlığı da az əhəmiyyət daşımır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub". Bu fikitrləti AMEA-nın İnformasiya Texnologiyaları institutunun diraktoru Rasim Əliquliyev deyib.

Rasim Əliquliyev bildirib ki,informasiya texnologiyaları sahəsində aparıcı elmi təşkilat kimi institutun üzərinə xüsusi missiya düşür. İnstitutumuzun əsas vəzifələri informasiya texnologiyaları sahəsində dövlət siyasətinə, ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğu ilə bağlı dövlət proqramlarına elmi dəstək vermək, informasiya texnologiyaları sahəsində aktuallıq kəsb edən istiqamətlərdə tədqiqatlar aparmaq, müvafiq elmi kadrlar yetişdirməkdir. "Bu istiqamətlər üzrə intellektual analiz, biometrik və linqvistik informasiya texnologiyaları, sosial şəbəkələrin analizi, şəbəkə monitorinqi, sensor şəbəkələri, intellektual informasiya sistemləri və  digər aktual elmi problemlərlə bağlı tədqiqatlar aparılır.

Elektron dövlət yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə dərinləşir, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Azərbaycanda bu iş tam qənaətbəxşdir. Elektron dövlət quruculuğu müvafiq proqrama uyğun olaraq çox uğurla həyata keçirilir və yüksək templə davam etdirilir"-deyə, Rasim Əliquliyev vurğulayıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL