“Microsoft”un məhsullarına tələbatın azalması “Apple” şirkətini gücləndirir
2011-ci ilin 2-ci yarısında “Apple”-ın fərdi kompyuter seqmentində öz payını artırmaq üçün böyük şansı var. “Deutsche Bank”ın aparıcı analitiki Kris Uitmor belə hesab edir. Mütəxəssisin fikrincə, “Apple” üçün belə imkan “Windows” fərdi kompyuterinə olan zəif tələbat sayəsində yaranacaq.
"Fərdi kompyuterə tədarük kanalı üzrə məlumat analizi göstərib ki, Avropa və ABŞ bazarlarında noutbuklara zəif istehlakçı tələbatı qeydə alınıb. Son bir neçə həftə ərzində sifarişlərin azalması da buna sübutdur" – deyə analitik qeyd edib. Uitmor hesab edir ki, bu, “Apple” üçün əlverişli imkandır, belə ki, “Microsoft” platformasında fərdi kompyuter istehsalçıları son zamanlar istehlakçıların diqqətini cəlb edən yeni və maraqlı məhsul təklif edə bilmirlər. “Apple” isə nəinki öz məhsullarının aparat, həm də proqram təminatını daim yeniləyir. Mütəxəssis nümunə kimi “Mac OS X 10.7 Lion” əməliyyat sistemini, “MacBook Air”-in yeni modellərini, həmçinin “iPad iOS”-un təzə versiyalarını göstərib.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL