Kompüter istifadəçilərinin 70.1 faizini müəyyən səviyyədə elektron biliklərə yiyələnmiş insanlar təşkil edir
Elektron biliklərin əldə olunması bu sahədə bacarıqların artmasına ciddi təsir edir. Statistika müşahidəsi göstərib ki, kompüter istifadəçilərinin 70.1 faizi (2011-ci ildə 65.1%) müəyyən səviyyədə elektron biliklərə yiyələnmiş insanlardır.
Kompüter istifadəçiləri daha çox – "Microsoft Word" (91.9%) və "Microsoft Excell" (50.2%) standart tətbiqi proqram paketlərindən istifadə etməyi bacarırlar. İnternet istifadəçilərinin 17.4 faizi məlumatları tapmaq üçün axtarış sistemlərindən istifadə
edə bildiyini, 18.1 faizi elektron məktubların göndərilməsi sahəsində biliklərinin olmasını qeyd edib.
Qeyd edək ki, sözügedən məlumatlar "İKT ili" çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və informasiya-kommunikasiya texnologiyalarına həsr olunmuş "Azərbaycanda İnformasiya Cəmiyyəti" adlı növbəti statistik məcmuədə yer alıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL