Ağ Ev "iPhone” və “iPad”in köhnə modellərinin satışının qadağan edilməsinə qarşı çıxdı
ABŞ prezidenti Barak Obama Administrasiyası avqustun 3-də ölkə ərazisində "iPhone" smartfonunun və "iPad" planşet kompüterinin satışına qoyulmuş qadağanı ləğv edib.
Ağ Ev nümayəndələrinin fikrincə, "Apple" şirkətinin bəzi məhsullarının satışına qadağa ölkə iqtisadiyyatında rəqabət şəraitinə və ABŞ istehlakçılarına təsir edir.
Qeyd edək ki, "Apple"-ın satışlarının məhdudlaşdırılması ilə bağlı qərar ABŞ Beynəlxalq Ticarət Komissiyası tərəfindən rəqibini patent hüququnun pozulmasında təqsirləndirən "Samsung" şirkətinin qaldırdığı iddiası əsasında tətbiq edilib. Qadağa "AT&T", "iPhone 3GS" rabitə operatorları üçün "iPhone 4" qurğularına, eləcə də "AT&T"-in müqaviləsi əsasında satılan "iPad 3G" və "iPad 2 3G" planşetlərinə şamil olunub.
Ağ Ev komissiyanın qadağasını 1987-ci ildən bəri ilk dəfə ləğv edib. Prezident Barak Obama Administrasiyası patent mübahisələri əsasında qadağaların əleyhinədir və onları pul cərimələri ilə əvəzləməyi təklif edir.
"Apple" və "Samsung" arasında patent mübahisəsi 2010-cu ildən davam edir. Şirkətlər bir-birini qurğuların xarici görünüşünün və funksiyalarının üzünün köçürülməsində, eləcə də texnoloji innovasiyalardan istifadədə günahlandırırlar. 2012-ci ilin avqustunda məhkəmə "Samsung"u "Apple"-ın 5 patentini pozmaqda təqsirli bilərək onu 1,05 milyard dollar cərimə edib. 2013-cü ilin martında cərimə təxminən 2 dəfə azaldılıb, - "Lenta www.lenta.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL