waplog

Kitabxana sistemində İKT-nin tətbiqi genişləndirilir



Kitabxanalarda informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında "Elektron kitabxana" yaradılıb, elektron kataloq sistemi və internet saytı fəaliyyətə başlayıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Naxçıvan MR RİTN-də keçirilən 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib.

Kollegiyada bildirilib ki, elektron oxu zalında 12 kompüter quraşdırılıb. Həmçinin, Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanası və internet saytı yaradılaraq oxucuların istifadəsinə verilib. Kitabxanada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Naxçıvanşünaslıq" Mərkəzində e-kitabxana və e-arxiv sistemi yaradılıb.
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL