Məlumatları min il saxlaya bilən yeni tip optik disk istehsal edilib
“Millenniata” startapı və “LG” şirkəti yüksək etibarlı “M-Disc” optik daşıyıcılarını bazara çıxarmağa hazırlaşırlar. “Millenniata”nın bəyanatına əsasən, yeni tip disklər məlumatların mühafizəsini min il ərzində təmin etmək mümkündür. Adi DVD-lərdə informasiyanın oxunmasında problemlər 5-10 il sonra yarana bilər. “M-Disc”in davamlılıq sirri zamanla xarab olmayan xüsusi materialdan hazırlanmasıdır. İstehsalçılar onun tərkibini açıqlamırlar, yalnız bildirirlər ki, bu, "təbii daşaoxşar maddədir".
İstehsalçıların sözlərinə görə, disk maye azota və qaynayan suya salına bilər. Bununla belə o, işləmək qabiliyyətini saxlayır. Bu diskdə toplanan məlumatları adi DVD və ya “Blu-ray” diskdaxiledicisində oxumaq mümkün olacaq. İstehsalçılar ilk ixtisaslaşdırılmış “M-Disc”ləri oktyabr ayında təqdim etməyə söz veriblər. Onların tutumu 4,7 QB, yazma sürəti isə 4x olacaq.
hard.compulenta.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL