“Samsung” şirkəti “Galaxy Note 3”qurğusunun təqdimatına hazırlaşır
Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy” xəttinə aid yeni qurğusunun təqdimatına dəvətlər göndərməyə başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Galaxy Note 3” cihazının nümayiş etdiriləcəyi gözlənilir və onun təqdimatı sentyabrın 4-də Berlində keçiriləcək “IFA2013” sərgisi çərçivəsində planlaşdırılıb.
Xatırladaq ki, ötən il “Samsung” şirkəti “IFA 2012” çərçivəsində “Galaxy Note 2” qurğusunu təqdim edib. “IFA” sərgisinə gəlincə, onun əsas hissəsi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL