waplog

BMT dünya gənclərinin fikirlərini öyrənmək üçün sosial şəbəkələrdən istifadə edəcək


Birləşmiş Millətlər Təşkilatında (BMT) interaktiv dialoq keçirilib. Dialoqa dünyanın müxtəlif yerlərində yaşayan cavan insanlar internet vasitəsilə qoşulublar. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə yeni veb-saytın təqdimatı keçirilib. Bu sayt dünya gənclərinin onlayn-platforması kimi fəaliyyət göstərəcək.

Dialoqda gənclərə müraciət edən BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, hazırda gənclərin sayı çox böyükdür və bəşər tarixində indiyə kimi bu qədər gənc insan olmayıb. Dünya gənclərinin rabitə və informasiya-kommunikasiya texnologiyalarına sahib olduğunu vurğulayan baş katib qeyd edib ki, cavan insanlar bununla da özlərindən əvvəlki nəsillərlə müqayisədə çox böyük üstünlüklər qazanıblar:

“Bununla belə hazırda gənclərin qarşısında duran problemlər əvvəllər olmayıb. Bu problemlərə dünyada artan bərabərsizlikdən,  daralan imkanlardan tutmuş, iqlim dəyişikliyinə, ekoloji deqradasiya təhlükəsinə qədər aiddir». Bu istiqamətdə gənclərlə bərabər çalışacağını söz verən baş katib qeyd edib ki,  sabit gələcəyin qurulmasında gənclərin potensialından istifadə etmək daha yaxşıdır. Onlara hər yerdə bərabər imkanların yaradılmasının vacibliyini qeyd edən Pan Gi Mun əlavə edib ki, Gənclərlə iş – BMT-nin başçısının beşillik iş planının prioritetlərindən biridir.

BMT-ın baş katibinin Gənclərin işləri üzrə xüsusi elçisi al-Xindavi Əhmədi də videomost vasitəsilə iştirakçılara müraciət edib. O bildirib ki, BMT dünya gəncləri ilə daha sıx əməkdaşlıq etməyə çalışır: "Biz müxtəlif təşəbbüsləri analiz edəcəyik, BMT-nin işində cavan insanların iştirakının mexanizmlərini hazırlayacağıq. BMT hər bir ölkədə nümayəndəlikləri vasitəsilə gənclərin müzakirələrini təşkil edəcək. Biz gənclərin  fikrini eşitmək istəyirik. Və bunun üçün sosial şəbəkələr istifadə edirik. Biz birgə işləməliyik".  

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL