“Şanxay qülləsi” göydələninin əsas konstruksiyalarının ucaldılması başa çatıb
İnşaatçılar “Şanxay qülləsi”nin əsas konstruksiyalarında sonuncu polad tiri quraşdırıblar. Nəticədə bu göydələnin uzunluğu dekorativ elementlər və antena montaj edildikdən sonra 632 metr təşkil edəcək və Çinin ən hündür binası olacaq. Binanın 2014-cü ildə istismara verilməsi nəzərdə tutulub.
Hazırda göydələnin hündürlüyü 580 metr təşkil edir və sonuncu – 125-ci mərtəbənin inşası başa çatıb. İndi inşaatçılar qarşısında binanın şüşələnməsi, daxili bəzəklərinin vurulması və damda dekorativ konstruksiyaların və antenanın quraşdırılması işlərinin başa çatdırılması durur.
“Şanxay qülləsi” Şanxayın məşhur Pudun rayonunun Lutsyaszuy maliyyə-ticarət zonasında yerləşir. Layihə müəlliflərinin fikrincə, bina Şanxayın “vizit kartı” olacaq. Layihənin baş mühəndisi Fan Tsinsyanın dediyinə görə, “Şanxay qülləsi”ndə ofislər, mağaza, beşulduzlu hotel, sərgi və konfrans zalları, eləcə də istirahət və əyləncə zonaları yerləşəcək.
ABŞ-ın nəhəng “Gensler” şirkəti tərəfindən layihənin həyata keçirilməsinə 2008-ci ildə başlanılıb. Əyilmiş spiral formasında olan bina hətta tamamlanmamış 580 metrlik şəkildə belə faktiki olaraq Çinin ən hündür binası olmaqla qonşuluqda yerləşən 492 metrlik hündürlüyə malik Dünya Ticarət Mərkəzini ötüb, - “Onliner www.onliner.by” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL