“Maximum” avtonom rejimli smartfonu istehsal edilib
Bir çox smartfon istehsalçıları aparatın qalınlığını kiçiltməyə çalışırlar, lakin çox vaxt onun avtonom iş vaxtı barədə unudurlar. Başqa şirkətlər də problemi həll etməyə cəhd edirlər. “Motorola Droid MAXX”, “Samsung Galaxy Note” xəttini, həmçinin “Lenovo P780” və “Oppo Find 7” (hər ikisi 4000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib) smartfonlarını nümunə kimi göstərmək olar.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Android” platforması ilə işləyən “Changhong Z9” smartfon 5000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Aparatın korpusunun qalınlığını 8,99 millimetr təşkil edir. Qurğu 5.5 düymlük “HD” təsvir ölçülü ekran, 8 meqapiksellik kamera, 1.2 QHs takt tezlikli dördnüvəli “MT6589” prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL