Azərbaycanlı alimlər lazer fizikası istiqamətində tədqiqatlar aparır
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimləri Belarus həmkarları ilə birgə lazer fizikası istiqamətində tədqiqatlar aparır. Araşdırmalar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarusun Fundamental Tədqiqatlar Fondu tərəfindən qrant mükafatı almış layihə çərçivəsində təşkil olunub.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, 2 illik layihənin rəhbərləri Azərbaycandan Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Tağıyev, Belarusdan isə fizika-riyaziyyat elmləri doktoru, professor Gennadiy Yablonskidir.
O.Tağıyev bildirib ki, tədqiqatların nəticələri bir çox elektron avadanlıq üçün, o cümlədən, televiziyada təsvirin viziuallaşdırılmasında və tibdə biosensor kimi, yəni insan sümüyündə və dərisində mikrozədələnmələrin tədqiq edilməsi istiqamətində tətbiq oluna bilər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL