“Samsung” şirkəti “Tizen” əməliyyat sisteminin tətbiq sferasını genişləndirməyi planlaşdırır
"Samsung" şirkətinin rəhbərlərindən biri Cey Key Şin "Tizen" əməliyyat sisteminin (ƏS) sonrakı inkişafına dair məlumatla bölüşüb.
Şin deyib ki, "Tizen" ƏS-i "Android" platformasına alternativ sayılır. Sözügedən sistemin inkişafı nəticəsində onun tətbiq sahəsini genişləndirmək planlaşdırılır.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, Şinin sözlərinə görə, "Tizen" ƏS-i yalnız cihazlarda (smartfon, planşet, kompüter, kamera) deyil, həm də avtomobil, bank kimi başqa sənaye sahələrində tətbiq edilə bilər.
"Tizen" platforması birgə hazırlamadır və 12 şirkət tərəfindən dəstəklənir. Lakin məhz "Samsung" və "Intel" şirkətləri ən aktiv istehsalçılardır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL