Qan damarlarının şəklinə görə identifikasiya texnologiyası hazırlanıb
Yaponiyanın "Fujitsu Ltd.” korporasiyası insanın ovcundakı qan damarlarının şəklinə görə onun identifikasiyası texnologiyasını hazırlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətin mütəxəssisləri müəyyənləşdiriblər ki, xüsusi infraqırmızı qurğunun köməkliyi ilə öncədən skanerdən çıxarılmış damarların şəklini unikal 2048 bitlik koda çevirmək olar. Şirkətin məlumatına əsasən, eyni insanın ovcunun sonradan skan edilməsi nəticəsində yenidən eyni kod alınır.
"2015-ci ilədək sözügedən texnologiyanı bazara çıxarmağı planlaşdırırıq" – "Fujitsu" korporasiyasının istehsalçılar qrupunun nümayəndəsi Takasi Sindzaki deyib.
Şirkət hesab edir ki, onun tərəfindən təklif edilmiş metodu nağdsız alış-veriş ödənişində, internetdə istifadəçilərin qeydiyyatdan keçməsində səmərəli istifadə etmək mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL