Yeni “iPhone” gələn ay təqdim ediləcək
Yeni “iPhone” və hətta “iPhone”lar sentyabrın 10-da “Apple” şirkətinin böyük tədbirində təqdim ediləcək.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” şirkətinin ən azından “iPhone” smartfonunun bir yeni versiyasını təqdim edəcəyi gözlənilir, lakin yeni modellərin daha çox ola biləcəyi istisna edilmir, bununla Tim Kukun idarə etdiyi şirkət Stiv Cobsun daha bir prinsipini pozacaq və nisbətən daha ucuz smartfon versiyasını təqdim edəcək. Bu günədək daha ucuz qiymətə “iPhone” almaq istəyənlərə keçmiş nəsil smartfonları 100-200 dollar daha aşağı qiymətə qurğular təqdim edilirdi.
“Apple” şirkətinin yeni məhsulundan yeni kamera və prosessor, həmçinin barmaq izləri skaneri gözlənilir. Hesab edilir ki, “Apple” ötən il “Authentec” şirkətini əbəs yerə almayıb. Analitiklər və sərmayədarlar daha çox innovasiyalar görmək istərdilər, lakin buna zəmanət yoxdur, çünki son illər “Apple” yenilik tətbiqində çox ehtiyatlıdır.
Əlbəttə ki, yeni “iPhone” qurğusu, iyun ayında təqdim edilən və bir sıra söz-söhbətlərə və mübahisələrə səbəb olan şirkətin məhsullarının tərəfdarlarını iki düşərgəyə bölən “iOS 7.0” əməliyyat sistemi ilə idarə edilir. Yeni əməliyyat sisteminin “iPhone 5” və smartfonun bir neçə öncə buraxılmış versiyaları üçün bu ilin payızında təqdim ediləcəyi gözlənilir.
Eyni zamanda ehtimal edilir ki, “Apple” şirkəti sentyabrın 10-da ənənəvi olaraq yeni stolüstü əməliyyat sistemini təqdim edəcək, və ola bilsin ki, bir az kompüterlərinin model sırasını yeniləsin.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL