waplog

Nazir vətəndaşlarla görüşəcək



 
     Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun avqust ayının 17-də saat 10:00-da Şabran rayonunda (Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.
    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
    Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Şabran rayonunda 3-20-04
Quba rayonunda 5-45-00
Qusar rayonunda 5-50-00
Xaçmaz rayonunda 5-22-18
Siyəzən rayonunda 4-01-20
Xızı rayonunda 5-01-00
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL