“Azərspace” telekommunikasiya peyki region TV-lər üçün açıqdır
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) digər yerli kanalları yayımladığı kimi, regional TV kanallarını da texniki olaraq yayımlamaq imkanına malikdir və bu istiqamətdə onlarla müqavilələr bağlamağa hazırdır. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə ASC-nin mətbuat xidmətindən bildirilib.
"Azərkosmos"dan vurğulayıblar ki, bunun üçün TV kanalları öz öhdələrinə düşən lazımi texniki hazırlıqları təmin etməlidir. Yəni peyk TV yayımın məzmununu ötürmək üçün müvafiq avadanlığa sahib olmalıdır: "Bu günə kimi 3-4 regional TV kanalı milli peykimiz vasitəsilə yayımlanmaq üçün "Azərkosmos" ASC-yə müraciət edib və tərəfimizdən onlara lazımi texniki hazırlıqlar və kommersiya şərtləri barədə məlumat verilib".
"Azərkosmos"dan verilən məlumata görə, regional TV-lərlə bağlanacaq müqavilələr bazarın tələblərinə uyğun qurulacaq və bu zaman meydana çıxan kommersiya münasibətləri bazar konyunkturasına uyğun olaraq tənzimlənəcək: "Bildiyiniz kimi, "Azərkosmos" ASC kommersiya təşkilatıdır və təşkilatın tətbiq etdiyi tariflər dövlət tərəfindən tənzimlənən tariflərə aid edilmir. Müvafiq olaraq tariflər bazar tələblərinə uyğun formalaşır".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL