"IBM" beynin işini təqlid edən çip yaradır
"IBM" şirkəti süni beyin yaratmağa imkan verən yeni tip mikroçip və proqramlaşdırma dili hazırlayır. Yeni elektron qurğu eynilə insan beyni kimi işləyəcək, amma qeyri-bioloji materiallardan hazırlanacaq.
Ötən həftə “Almaden” Tədqiqat Mərkəzinin direktoru Dxarmendra Modha deyib ki, onun komandasının hazırladığı yeni növ kompüter proqramlaşdırma dili insan beyninin işini təqlid edən proqramların yaradılması üçün nəzərdə tutulub. Yeni proqramlaşdırma dili süni intellektə ətraf aləmi araşdırmağı, müxtəlif hadisələrə reaksiya verməyi öyrətməyə imkan verir. "IBM" yeni texnologiyanı əvvəlcə sadə proqramlarda tətbiq etməyi planlaşdırır. Gələcəkdə sözügedən texnologiya daha çətin işləri həll edəcək.
“Biz insan beyninin orqanik surətini yarada bilmirik. Bunun üçün zəruri texnologiya və biliyimiz yoxdur” - Dxarmendra Modha deyib. “Lakin onun süni analoqunu yaratmağa çalışa bilərik. Buna görə biz sinapsı təqlid edən xüsusi mikroçip hazırladıq. O, prosessor və yaddaş qurğusunu birləşdirir. Bu çipləri neyrona oxşar şəbəkədə birləşdirmək olar. Yeni proqramlaşdırma dili sayəsində bu şəbəkələr müxtəlif intellektual məsələləri həll edə biləcək”.
Dxarmendra Modha deyib ki, "IBM" şirkətinin layihəsi qısa müddətdə çətin ki, dünyanı dəyişdirsin, lakin gələcəkdə yeni elektronika arxitekturası bəşəriyyətin elmi-texniki irəliləmənin yeni səviyyəsinə çıxışını təmin edəcək.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL