waplog

Hindistanda bütün SİM kart alıcıları üçün icbari biometrik identifikasiya tətbiq oluna bilər



Dehli polisinin komissarı Nirac Kumar SİM kart sahibləri üçün biometrik identifikasiyanın tətbiqini təklif edərək təşəbbüsünü ölkənin Federal Daxili İşlər Nazirliyinə ünvanlayıb. 

Komissarın fikrincə, mobil rabitə operatorları arasında rəqabət onunla nəticələnib ki, onlar kartları kor-koranə satmaqla kartlara kimlərin sahib çıxmasının qayğısına qalmırlar. Bunun nəticəsində mobil rabitənin üstünlüklərindən təkcə qanuna əməl edən vətəndaşlar deyil, həm də cinayətkar ünsürlər yararlanır. 
N.Kumar bütün SİM kart alıcıları, o cümlədən rabitə operatorları üçün icbari biometrik identifikasiyanın tətbiqini, bu tələblərə riayət etməyənləri cərimələməyi təklif edir. Federal Nazirliyin bu ideyaya necə reaksiya verməsi barədə hələ ki məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı, Pakistan və Nigeriya SİM kart alıcıları üçün biometrik identifikasiyanın tətbiqi ilə bağlı planlarını açıqlayıb, - "IT Expert www.itexpert.org.ua"  yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL