waplog

Displey bazarında rüblük azalma qeydə alınıb



“Futuresource Consulting” tədqiqat şirkətinin hesablamalarına əsasən, 2013-cü ilin ikinci rübündə peşəkar displeylər bazarının həcmi əvvəlki rüblə müqayisədə 0,7 faiz azalsa da, illik hesablamada 4,8 faiz artıb. Aprel-iyunda dünya bazarına təxminən 522 min ədəd bu məhsuldan tədarük edilib. 

Ekspertlər qeyd edirlər ki, displey tədarükçülərinin vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, Amerika regionu rüblük artımın qeydə alındığı yeganə region olub. Lakin Braziliyada qeydə alınan nəticələr ümumilikdə bazar göstəricilərindən aşağı olub. Displeylər seqmentində zəifləmə bu ölkədə baş verən kütləvi iğtişaşlarla bağlıdır. ABŞ-da da vəziyyət mürəkkəb olaraq qalır, çünki xərclərin azaldılması bazarın inkişafı üçün imkanları məhdudlaşdırır və stabil artıma əngəl törədir.  

Eyni zamanda, Asiya-Sakit okean və EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu ölkələrində də rüblük dinamika mənfi olub. Belə ki, Yaponiya, Hindistan, Almaniya və Rusiya kimi bir sıra əsas bazarlarda satış həcmi əvvəlki rüblə müqayisədə azalıb. Brend istehsalçılar arasında yalnız “Samsung” şirkəti artım nümayiş etdirərək rüblük göstəricilərini yaxşılaşdırmağa nail olub.  

Bazarın məhsul seqmentləri barədə söz açan analitiklər nazik çərçivəli displeylərin tədarükünün artdığını bildirirlər. Bir neçə rüblük azalmadan sonra bu modellərin tədarükü əvvəlki rübə nisbətdə 10 faizdən çox artıb. Bununla yanaşı, aprel-iyun aylarında çərçivə eni 5 mm az olan modellər seqmentində rüblük artım 15,5 faiz təşkil edib, - “DailyComm www.dailycomm.ru” yazır.   



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL