“Güldürən ayna” proqramı yaradıldı
Yaponiyanın Tokio Universitetində təhsil alan Şiqeo Yoşida, insanın birbaşa olaraq üz əzələlərinə əks olunan ruh halını əks etdirən bir ayna yaradıb.
Yoşida insanların üz ifadəsini dəyişdirməyi bacaran bir proqram hazırlayıb. Tokio Universitetində təhsil alan Yoşida insanın üzündəki əzələləri təsbit və təqib edə bilən, hətta görünüş üzərində dəyişiklik edərək kameraya baxan kəsləri olduqlarından daha xoşbəxt göstərə bilən bir proqram kəşf edib.
"Güldürən ayna" adı verilən proqram, avtomatik olaraq, kameraya baxan adamın üz ifadəsini meydana gətirən əzələləri təsbit edir. İnsanın ruh halını təyin edən göz altı, dodaq kənarı və yanaq əzələlərini olduqlarından daha xoşbəxt göstərir.
"Güldürən ayna" əks olunan üzü tam tərs istiqamətdə əzələlərində dəyişiklik edərək insanın ruh halını dəyişdirə bilir. “Güldürən ayna" gerçək zamanlı olaraq edə bildiyi kiçik dəyişikliklərlə, ciddi və kefsiz birini, xoşbəxt və müsbət görünməsini təmin edə bilir. Yoşidanın bu dahiyanə kəşfini görənlər görüntülü danışmalarda bundan istifadə edə biləcəklərini bildiriblər.
Kamal Hacıyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL