MDB ölkələri coğrafi adlarda dəyişikliklərə dair elektron bülleteni modernləşdirir
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin coğrafi adlarında dəyişikliklərə dair elektron bülleten modernləşdiriləcək. Belə ki, MDB dövlətlərinin Geodeziya, kartoqrafiya, kadastr və yerin distansion zondlanması üzrə dövlətlərarası şurasının cari ilin avqustun 20-24-də Belarusdakı “Belovejskaya puşşa” milli parkının ərazisində sessiyası keçiriləcək.
Sessiyada sözügedən istiqamət üzrə aparılan işlər ətrafında müzakirələr açılacaq.
Bülletendə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistanın coğrafi adlarındakı dəyişikliklər barədə məlumat vardır. Burada informasiya coğrafi obyektlərin əvvəlki adları rus dilində əlifba sırası ilə ardıcıl siyahı formasında verilib. Elektron bülleten 2010-cu ildə qəbul olunub.
Dövlətlərarası şuranın sessiyasında Birlik ölkələrinin milli kartoqrafiya-geodeziya və kadastr xidmətlərinin, elmi tədqiqat müəssisələrinin və ali təhsil təşkilatlarının rəhbərləri və mütəxəssisləri, MDB İcraiyyə Komitəsinin nümayəndələri başqa məsələləri də müzakirə edəcəklər. Məsələn, MDB dövlətlərinin məkan məlumatları infrastrukturunun yaradılması, vahid geonaviqasiya məkanının formalaşdırılması və sairə.
MDB dövlətlərinin kartoqrafiya-geodeziya xidmətləri nümayəndələrinin Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti yanında İxtisasartırma və yenidən hazırlıq elmi-tədris mərkəzində təhsilinin təşkili mövzusu da aktualdır.
Hazırda Belarus Respublikası (BR) MDB ölkələrinin Geodeziya, kartoqrafiya, kadastr və Yerin distansion zondlanması üzrə dövlətlərarası şuranın sədridir. Şuraya BR Dövlət Əmlak Komitəsinin rəhbəri Georgi Kuznetsov rəhbərlik edir.
Xatırladırıq ki, Dövlətlərarası şura birliyin sahə əməkdaşlığı orqanıdır. Onun əsas məqsədləri geodeziya, kartoqrafiya, kadastr və Yerin distansion zondlanması sahəsində MDB-yə üzv dövlətlərin birgə fəaliyyəti haqqında sazişin yerinə yetirilməsi, bu fəaliyyət sahələrində razılaşdırılmış siyasətin müəyyənləşdirilib həyata keçirilməsi və sairdir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL