İlin sonuna Universal yerüstü stansiyanın yaradılması və peyk təsvirlərinin əldə edilməsi üzrə tenderin qalibi müəyyən ediləcək
"Azərkosmos" ASC bu ilin sonuna kimi "Universal yerüstü stansiyanın və müxtəlif peyklərdən peyk təsvirlərinin əldə edilməsi xidmətlərinin satınalınmasına dair" tenderin qalibini elan edəcək.
"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu tender 2012-ci ilin noyabr ayının 1-də elan edilib.
"Tender çərçivəsində daxil olan təkliflərin qəbulu bu ilin fevral ayında başa çatıb. Hazırda daxil olmuş təkliflərin araşdırılması və qiymətləndirilməsi prosesi gedir", -deyə ASC-də bildiriblər.
Xatırladaq ki, Universal yerüstü stansiyanın bu ilin sonunda tikintisinə başlanması nəzərdə tutulub. Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.
Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL